Bakıda zəhərlənməyə görə bağlanan tanınmış dönərxana yenidən açıldı

Bakıda zəhərlənməyə görə bağlanan tanınmış dönərxana yenidən açıldı

5 nəfər zəhərlənmişdi

Bakıda “Bir-iki dönər” dönər evində qeydə alınan zəhərlənmə halı aradan qaldırıldıqdan sonra müəssisənin fəaliyyəti bərpa edilib.

BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə deyib.

O, müəssisənin fəaliyyətinin məhdudlaşdırıldığını bildirib:

“Zəhərlənməyə səbəb olan faktlar aradan qaldırıldıqdan sonra müəssisə fəaliyyətini davam etdirir. Amma nəzarət tədbirləri gücləndirilib. “Bir-iki dönər”dəki zəhərlənməyə emal prosesindəki nöqsan səbəb olub”.

Xatırladaq ki, dönər evindəki hadisə sentyabr ayında baş verib, nəticədə Bakıda 5 nəfər qidadan zəhərlənib.

BakuCity.az

Bakı dönərxana zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər