Araşdırma aparılır
Bakının Ziya Bünyadov prospektində zəncirvari yol qəzası baş verib.
Bu barədə BakuCity.az Baku.ws-ə istinadən məlumat verir.
Hadisə “Koroğlu” metro stansiyasından Dərnəgül istiqamətində yolda qeydə alınıb.
Qəza zamanı 4 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alanlar barədə məlumat verilmir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.