Hamı Dənizkənarı Milli Parka dəvətlidir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə dekabrın 31-də saat 00:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq olacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, şəhərin mərkəzi küçələri, bulvar ərazisi, digər parklar bəzədilib, yolkalar qurulub.
Bildirilib ki, ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif Yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması işləri həyata görülüb, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.
İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün qeyd edilən vaxtda Dənizkənarı Milli Parka dəvət edir.
BakuCity.az