20 ədəd alınıb
Bu gün səhər saatlarından Bakıda 12 metrlik avtobuslar xəttə buraxılıb.
BakuCity.az-ın məlumatına görə, Binə qəsəbəsi sakinlərinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə 12 metrlik avtobuslarla xidmət göstərilir.
Bu 20 yeni avtobus marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən alınıb.
Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən “BMC Procity” markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.