Bakıda siqaretlər topdansatışdan yığışdırılır - SƏBƏB

Bakıda siqaretlər topdansatışdan yığışdırılır - SƏBƏB

Aksiz dərəcəsi artırılır

Bakının bir sıra topdansatış məntəqələrində siqaretlər satışdan yığışdırılır.

BakuCity.az-ın məlumatına görə, bu barədə mağaza sahibləri FED.az-a bildiriblər.

Onların sözlərinə görə, ilin sonuna bir gün qalmış populyar siqaret markaları olan "Kent", "Vinston" və "Sobraniye" kimi siqaretləri topdansatış məntəqələrində almaq mümkün olmayıb. Səbəbi dəqiq açıqlanmasa da, mağaza sahiblərinin sözlərinə görə, buna səbəb gələn ildən siqaretə görə aksiz dərəcəsinin artmasıdır.

Həmçinin oxu: Bakıda dəb halını alan "xəstəlik": siqareti tərgitməyə kömək, yoxsa asılılıq?

Qeyd edək ki, bu günədək topdansatış məntəqələrində "Kent"in qutusu 2,7 manata, "Vinston"un qutusu 2,6 manata, "Sobraniye"nin qutusu 3 manatdan satılırdı. Mağazalar isə bunun üzərinə 10%-ə qədər marja əlavə edirdilər.

Xatırladaq ki, Vergi Məcəlləsinə dəyişikliklər çərçivəsində 2020-ci il yanvarın 1-dən etibarən siqaretlər üçün aksiz vergisinin artırılması nəzərdə tutulur.

BakuCity.az

Bakı siqaret topdansatış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər