Bu ərazilərdə enerji içkilərinin satışına qadağa qoyuldu

Bu ərazilərdə enerji içkilərinin satışına qadağa qoyuldu

Tələblərə cavab verməyən məhsulların idxalına qadağa qoyulacaq

Bu gündən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın qüvvəyə minib. 

BakuCity.az-ın məlumata görə, bu şərtlərə əsasən, yanvarın 1-dən etibarən enerji içkiləri soyuq zəncirə daxil edilir və 0°C - 18°C temperaturda daşınmasına və saxlanmasına nəzarət edilir.

18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə Azərbaycanda məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Artıq ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı müvafiq norma və qaydalara uyğun olaraq tənzimlənəcək. Tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulacaq.

Qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq “Enerji içkisi”, “Tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir. 

BakuCity.az

enerji içkiləri qadağa məktəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər