Təhsil haqqı vermirlər
35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən xaric edilib.
BakuCity.az-ın məlumatına görə, universitetin Rektoryanı Şurasının qərarına əsasən, onlar ali məktəblə müqavilə şərtlərini pozduqları, konkret olaraq 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.
Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.
BakuCity.az