Şimal küləyi əsəcək
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 31-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
BakuCity.az