Sürücülərə şad xəbər: Bakıda bu yol açılır - FOTO

Sürücülərə şad xəbər: Bakıda bu yol açılır - FOTO

İşlərin tam yekunlaşması gələn ilə qaldı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı öncəsi Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata gör, ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır.

Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşfıtılması nəzərdə tutulur.

31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.

Qeyd edək ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərə şad xəbər: Bakıda bu yol açılır - FOTO, fotoşəkil-1 Sürücülərə şad xəbər: Bakıda bu yol açılır - FOTO, fotoşəkil-2 Sürücülərə şad xəbər: Bakıda bu yol açılır - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı Bibiheybət yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər