Bakıda son 20 ildə Yeni il ərəfəsində 4 dəfə qar yağıb

Bakıda son 20 ildə Yeni il ərəfəsində 4 dəfə qar yağıb

2009-cu ildə Bakıda hündürlüyü 14 sm olan qar örtüyü olub

Bakıda bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

BakuCity.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, dekabrın 30-dan 31-nə keçən gecə paytaxtda qısamüddətli yağış yağacağı, dekabrın 31-i günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir.

O deyib ki, yanvarın 1 və 2-si ölkə ərarisində hava yağmursuz olacaq. Yanvarın 3-dən 5-dək isə ölkə ərazisində havanın temperaturu 3-4 dərəcə aşağı düşəcək, yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yanvarın 6-dan hava mülayimləşəcək və yağmursuz olacaq:

“Son 20 ildə Bakı və Abşeron ərazisində Yeni il ərəfəsində 31 dekabrda yalnız 4 dəfə 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı ilərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 sm olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir”.

BakuCity.az

Bakı Yeni il qar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər