Bakıda "zəhərli" içkilər verən restoranlar bağlandı

Bakıda "zəhərli" içkilər verən restoranlar bağlandı

İki restoranda isə araşdırma aparılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli son zaman ölümlə nəticələnən içkidən zəhərlənmə faktlarına münasibət bildirib.

BakuCity.az xəbər verir ki, Q.Təhməzli "Baku City" kafesində zəhərlənmə faktı ilə bağlı dekabrın 23-də məlumat daxil olduğunu deyib:

"Həmin vaxtdan AQTA-nın ekspertləri və respublikanın aidiyyəti qurumları müəyyən tədbirlər görüblər. 101 adda müxtəlif əmtəə nişanlı spirtli içki ictimai iaşə obyektlərindən laborator müayinələrə aparılıb. Kustar üsulla hazırlanmış "Chivas Regal 12" içkisinin tərkibində 76,6 faiz metil spirti aşkar edilib. Bu da insan sağlamlığı üçün çox zərərlidir. Hüquq-mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar. "Baku City", "Everest", "Piano", "Madonna" restoranlarında və Abşeron qəsəbəsində bir evdə zəhərlənmə faktları qeydə alınıb. Həmin ünvanlarda ekspertiza və yoxlamalar aparılıb".

Həmçinin oxu: Bakıda saxta içkidən daha bir zəhərlənmə: 8-ci qurban xəstəxanaya yerləşdirildi

Onun sözlərinə görə, "Baku City" və "Everest"in fəaliyyəti məhdudlaşdırılıb. Hazırda "Piano" və "Madonna"da araşdırma aparılır. "Hashtag Bar"da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır:

"Ötən gün "Madonna" restoranında bir ailənin üzvləri viskidən zəhərlənib. Təəssüf ki, ictimai iaşə obyektlərinin sahibləri hələ də kustar üsulla hazırlanan içkiləri insanlara təqdim edirlər".

BakuCity.az

Bakı içki zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər