Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR

Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR

Bakıda uşaqlar üçün maraqlı master-klasslar

Heç kimə sirr deyil ki, uşaqların inkişafı üçün mağaza və restoranlarda gördükləri şeyləri özlərinin öyrənərək düzəltməsi daha faydalıdır. 

BakuCity.az valideynlərə paytaxtda bu cür tədbirlərin keçirildiyi bəzi tanınmış yerləri təqdim edir.

Populyar pizza şəbəkəsi olan “Pizza Hut” uşaqlar üçün maraqlı pizza bişirmə emalatxanası təşkil edir. Bütün prosesə peşəkar pizza istehsalçıları rəhbərlik edir.

“Pizza Hut”ın marketinq meneceri Asiya Cəfərova saytımıza açıqlamasında qeyd edib ki, yaşı 4-5 və yuxarı uşaqlar bu tədbirlər üçün qeydiyyatdan keçirlər:

“Bu, hər yaşda uşaqlar üçün eyni dərəcədə maraqlıdır. Ən çox sevdiyi pizzanı hazırlamaq üçün məhsullar verilən zaman uşağın aldığı zövqü təsvir edin. Uşaqlar yalnız pizzanın bişirilmə prosesində iştirak etmirlər, çünki pizza birbaşa işçilərimiz tərəfindən sobaya qoyulur. Onlara bişirmə prosesi, ədviyyatlar, ardıcıllıq barədə məlumat verilir. Sonra uşaqların özləri aşpazlarımızın nəzarəti altında pizza bişirməyə başlayırlar. Bütün proses təxminən bir saat davam edir. Adətən, uşaqların bişirilən pizzaları yeyə bilməsi üçün toyuq ətindən pizza hazırlamağı təklif edirik. Bu pizzanın tərkibində pomidor, qarğıdalı, bolqar bibəri və tomat qarışığı olur”.

Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-1 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-2

Marketinq meneceri prosesin sonunda uşaqların hər zaman çox xoşbəxt olduğunu, üstəlik, sonra da böyük məmnuniyyətlə öz kulinariya əsərlərini təkrarladıqlarını vurğulayıb:

“Çox vaxt kiçik şagirdlərimiz məzəli üz və ya digər maraqlı naxışlar qoyaraq təxəyüllərini nümayiş etdirirlər. Daha kiçik uşaqlar xəmirlə işləmə prosesini xoşlayırlar”.

Bir master-klassda 20-dək uşaq iştirak edə bilər. Biletlər, adətən, “Iticket” saytı vasitəsilə satılır. Burada 20 yer davamlı olaraq ayrılır. Çox vaxt məktəblər və ya uşaq tədris mərkəzləri bütün paketi əldə edirlər. Biletin qiyməti 11 manatdır.

Onun sözlərinə görə, bütün bişirmə prosesinin fotoları, sonra sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir:

“Master-klassın bütün iştirakçıları xüsusi forma alır, əlvan və gözəl önlük taxırlar. Buna görə də şəkillər uşaqların canlı duyğuları ilə rəngarəng olur. Tədbirdə valideynlər də iştirak edir, amma biletsiz”.

Seminarlar, adətən, 28 May küçəsində yerləşən “Pizza Hut” restoranında keçirilir. Bu beynəlxalq franşiza bütün keyfiyyət standartlarına cavab verən məhsullara böyük əhəmiyyət verir, buna görə də valideynlər uşaqlarını təhlükəsiz şəkildə buraya gətirə bilərlər. Bundan əlavə, prosesin özü də uşaqlar üçün maraqlıdır. Uşaqlar, ümumiyyətlə, mətbəxdə analarına kömək etməyə çalışırlar və restoran da onlara yaradıcılıq üçün əla fürsət verilir.

“Ustad dərsləri şənbə və bazar günləri keçirilir, amma müştərilərdən biri uşaq bayramı və ya doğum gününü “Pizza Hut”da bənzər bir formatda keçirmək istəyirsə, şirkət istənilən gün master-klass təşkil edir”, - deyə A.Cəfərova əlavə edib.

Azyaşlılar üçün digər faydalı məkanlardan biri “Free Children” uşaq tədris mərkəzidir.

Mərkəzin direktoru Sevda Kazımova master-klassların müxtəlifliyindən danışıb:

“Biz müxtəlif master-klasslar təşkil edirik. Uşaqlar pizza, peçenye, pryanik bişirirlər. Hər dəfə yeni bir şey edirik ki, onlara maraqlı olsun. Uşaqlara “bacarıqlı əllər”ə sahib olmalarını öyrədirik. Yeri gəlmişkən, bizim son master-klassımız Yeni il aksesuarları və yolka oyuncaqlarının hazırlanmasına həsr olunub. Bundan başqa, biz fotoçərçivələr düzəltmişik. Uşaqlar kartondan gözəl işlər yaradırlar. Həmçinin ebru – suda rəsm çəkmək sənətini, eləcə də vitraj rəsmi öyrədirik. “Xına” master-klassı da çox maraqla qarşılanıb: uşaqlar kağızda xına ilə şəkil çəkib, sonra müəllim onların əllərində hədiyyə olaraq gözəl şəkillər çəkib”.

S.Kazımovanın sözlərinə görə, onlar belə tədbirlərə müxtəlif peşəkarları dəvət edirlər:

“Bizdə kulinariya master-klassları keçiriləndə isə aşpazları dəvət edirəm. Ebru, vitraj və “bacarıqlı əllər”i, əlbəttə ki, rəssamlar keçirlər. Mərkəzimizdə 3 peşəkar rəssam çalışır, belə tədbirləri onlar keçirirlər”.

Mərkəz direktoru bildirib ki, bu master-klasslarda 3 yaşdan yuxarı uşaqlar iştirak edə bilərlər:

“Analar da böyük həvəslə dərslərə yazılır və tədbirlərdə iştirak edirlər. Master-klasslara 15 nəfər qatıla bilər. Belə olan halda mütəxəssis və pedaqoqlar rahat şəkildə prosesin hər bir iştirakçısına diqqət ayıra bilirlər.

Bizdə təlim keçən uşaqların master-klassda iştirakının qiyməti 10 manatdır, digərləri üçün isə biletlər “Iticket” saytında 15 manata satılır. Sosial şəbəkələrdəki səhifələrimizdə növbəti tədbirlərin vaxtı və mövzusu barədə qabaqcadan məlumatlar paylaşırıq”.

S.Kazımova tədbirlərə gələn uşaqların təəssüratlarından da danışıb:

“Tez-tez olur ki, bişirmə dərslərinə yazılanlar axırda bizim bütün kulinariya üzrə master-klasslarına gəlmək istəyirlər. Bu da təəccüblü deyil. Təsəvvür edib ki, uşağa praktiki olaraq hər şey etibar edilib: xəmir yoğurmaq, mikserlə işləmək, xəmir yaymaq və başqa işlər. Yemək bişərkən isə onların darıxmaması üçün musiqini qoşur, əyləncəli oyunlar keçiririk.

Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-3 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-4 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-5 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-6 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-7 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-8 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-9 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-10 Bakıda uşaqların inkişafı üçün lazım olan hər şey: MƏKANLAR + QİYMƏTLƏR, fotoşəkil-11

Ebru ilə məşğul olduqdan sonra da uşaqlarda yaxşı təəssüratlar qalır. Yeri gəlmişkən, sonuncu tədbirimizdə uşaqlar yolka və göyqurşağı rəsmi çəkmişdilər. Təsəvvür edin, suda rəsm çəkmək uşaqlara əsl möcüzə təsiri bəxş edir.

“Bacarıqlı əllər”də də belə olur: uşaqlara özlərinin hazırladığı oyuncağı yolkadan asmaq ikiqat sevinc verir. Həmçinin onlar doğmalarına Yeni il hədiyyələri düzəldirlər. Bütün bunlar uşaqlara yalnız müsbət emosiyalar verir”.

“Free Children”in direktorunun fikrincə, belə tədbirlər uşaqlara nəsə yeni bir şey öyrənməyə imkan verir. Bu vaxtlarda uşaqlar kollektivdə çalışır, yeni dostlar qazanır, bir-birilərinə kömək etməyi öyrənir və söhbət edirlər ki, bu da hər bir uşağın inkişafı üçün çox vacibdir.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı uşaqlar tədris mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər