İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etdi

İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etdi

Nazirlər Kabinetinə tapşırıq verildi

Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

BakuCity.az-ın məlumatına görə, sərəncama əsasən Nazirlər Kabinetinə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

2020-ci ilin “Könüllülər ili” elan edilməsində məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir. 

BakuCity.az

İlham Əliyev 2020-ci il könüllülər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər