2019-cu ildə Bakı keçirilmiş mədəni tədbirlər - SİYAHI

2019-cu ildə Bakı keçirilmiş mədəni tədbirlər - SİYAHI

2019-cu il paytaxtın həyatı müxtəlif tədbirlərlə zəngin oldu

Bakıda hər il keçirilən müxtəlif tədbirlər paytaxt sakinləri ilə yanaşı, əcnəbilərin də marağına səbəb olur. 2018-ci ildə də şəhərimizdə bir çox tədbirlər, seminarlar, festivallar və konsertlər reallaşdı. Bəs 2019-cu il ərzində paytaxtda hansı hadisələr gerçəkləşdi?

BakuCity.az 2019-cu ildə Bakıda keçiriləcək “eventlər” barədə məlumat toplayıb.

“Baku Coffee and Tea Festival” – 11-13 yanvar

Ötən ilin yanvar ayında Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) Bakıda üç günlük festival reallaşıb. Festival çərçivəsində şəhərin bütün çay və qəhvə üzrə professionallar bir araya gəlib. Festivalın əsas məqsədi çay və qəhvə sənayəsinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi olub. Festivalda qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin sərgisi (aksesuarlar və avadanlıqlar), barista arasında milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və master-klasslar, qonaqlar üçün “brew bar”, istirahət və qida zonası, uşaq əyləncə məkanı, “Barista Party” və s. gerçəkləşib. 

“CELENTANO Tribute Show” – 13 fevral

Aktyor və müğənni, dünya şöhrətli Adriano Çelentanonun "rəsmi əkiz"i Maurisio Şvaytser 13 fevralda Heydər Əliyev Sarayında “CELENTANO Tribute Show” təqdim edib. M.Şvaytserin bütün kostyumları Çelentanonun kostyumlarının tam eynisi olub. İstedadı və böyük əməyi sayəsində Maurisio öz tanınmış əkizinin obrazının bütün detallarını – səsi və hərəkətlərini təkrarlayıb.

“Stand Up Show“ – 24 fevral

Fevralın 24-də Ruisiyanın məşhur yumor ustaları Nurlan Saburov, Stas Starovoytov, Timur Karqinov və Aleksey Şerbakovu “Stand Up Show”su təşkil olunub. Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutub.

“Caspian Realty“ – 20-22 fevral

Daşınmaz əmlak və investisiya sərgisi olan “Caspian Realty”yə Bakı Ekspo Mərkəzi ev sahibliyi edib. 20-22 fevralda təşkil olunan sərgidə müxtəlif ölkələrdən olan şirkətlərin təmsilçiləri iştirak edib.

Arturo Sandaval – 2 mart

Martın 2-də 10 qat “Qremmi” mükafatçısı, “Emmi” laureatı, 6 dəfə “Billboard” mükafatçısı Arturo Sandaval Heydər Əliyev Sarayında çıxış edib. Konsertin biletlərinin qiyməti isə 20-100 manat arasında dəyişib.

Ca Kalib – 10 mart

Bakı Konqres Mərkəzində məşhur ifaçı Ca Kalibin konserti martın 10-da keçirilib. Bu konsertə isə biletlərin qiyməti 40-200 manat təşkil edib.

“AITF” – 4-6 aprel

Sayca 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi 4-6 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçirilib. Beynəlxalq status almış tədbirdə həmişəki kimi müxtəlif ölkələrdən nümayəndələr də iştirak edib.

“HOREX Caucasus 2019” – 15-17 aprel

Sayca 14-cü tədbir olan “HOREX Caucasus 2019” Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi 15-17 aprel tarixlərində Bakı Ekspo Mərkəzində gerçəkləşdi.

“Formula 1” – 26-28 aprel

Bakıda növbəti “Formula 1” yarışlarına 26 aprel tarixində start verildi. Həmişə olduğu kimi, bu dəfə də sürət yarışında olduqca maraqlı anlar qeydə alındı. 51 dövrədən ibarət yarışın yekununda “Mercedes” komandasının pilotu britaniyalı Lyuis Hemilton Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin qalibi oldu. 

 “Caspian Oil & Gas Conference 2019” 30-31 may

30-31 may tarixlərində Xəzər regionda energetika sektorunun nəhəng tədbiri sayılan 26-cı Beynəlxalq Neft – Qaz konfransına Bakı ev sahibliyi edib. “Fairmont Bakı”da keçirilən konfransa dünyanın 30-dan çox ölkəsini təmsil edən 600-dən artıq nümayəndə qatılıb. İki günlük tədbirlər proqramına yerli və xarici şirkətlərin nümayəndələrinə öz məhsul və xidmətləri barədə sənayenin aparıcı iştirakçılarına məlumat vermək, əməkdaşlıq yollarını müzakirə etmək və satışlarının coğrafiyasını genişləndirmək üçün imkan yaradacaq B2B formatlı ikitərəfli görüşlərin təşkili daxil olub.

UEFA Avropa Liqası – 29 may

2019-cu ildə Bakıda baş tutan mötəbər idman tədbirlərindən biri də 2018-2019-cu il futbol üzrə Avropa Liqasının final qarşılaşması oldu. Matç 29 mayda Bakıda Olimpiya Stadionunda baş tutdu. 

“Jara-2019“ – 25-29 iyul

25-29 iyul tarixlərində paytaxtın ən böyük istirahət mərkəzlərindən olan “Sea Breeze Resort”da “Jara 2019” Beynəlxalq Musiqi Festivalı təşkil olundu. Festivalın informasiya tərəfdaşı BakuCity.az saytı idi.

“Baku Build 2019” – 22-25 oktyabr

22-25 oktyabrda Bakı Ekspo Mərkəzində 25-ci Beynəlxalq Tikinti Sərgisi reallaşdı. Sərgidə Avropa və Asiyadan olan şirkətlərin nümayəndələri iştirak etdi.

II Beynəlxalq Sənaye Sərgisi – 6-8 noyabr

6-8 noyabrda Bakı İdman Sarayında keçirilən II Beynəlxalq Sənaye Sərgisi (“CASPINDEXPO 2019”) açıldı. Sərgi çərçivəsində noyabrın 7-də Bakı Biznes Mərkəzində yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes-forum keçirildi. İki gün müddətində yerli və xarici sahibkarlar, kiçik və orta biznes sahələri üzrə fəaliyyət göstərən müəssisə və şirkət rəhbərləri, eləcə də digər maraqlı şəxslər iştirak edib.

Aleksey Çumakovun Bakı konserti – 30 noyabr

Rusiyanın tanınmış estrada müğənnisi Aleksey Çumakov noyabrın 30-u Bakıda, Heydər Əliyev Sarayında ikinci dəfə solo-konsert verib. A.Çumakov Bakıda ilk solo konsertini 2018-ci ilin dekabrında keçirib. O, həmçinin iki dəfə Bakıda “Jara” musiqi festivalında iştirak edib.

“Bakutel 2019” – 3-6 dekabr

Ötən ilin son ayı, 3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirildi.

“Zima-2019” Beynəlxalq Uşaq Festivalı – 14 dekabr

Dekabr ayında keçirilən tədbirlər sırasında Azərbaycan Mədəniyyət Nazirliyinin və “Beat Group” şirkətinin dəstəyi ilə Heydər Əliyev Sarayında “Zima-2019” Beynəlxalq Uşaq Festivalı da var. Festivalda iştirak üçün 100-dən çox istedad müraciət etmişdi. Onlardan yalnız 21-i finala çıxdı. Festivala, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən ifaçılar qatıldı. 

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı 2019-cu il mədəni tədbirlər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər