Bakıda iki "Mercedes" toqquşdu: Yenə də yüksək sürət - VİDEO

Bakıda iki "Mercedes" toqquşdu: Yenə də yüksək sürət - VİDEO

Avtomobil yararsız hala düşüb

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsi ilə Vaqif prospektinin kəsişməsində qeydə alınıb.

"Mercedes" markalı avtomobil Ceyhun Hacıbəyli küçəsi ilə yüksək sürətlə hərəkət edən zaman Vaqif prospektində işıqforla tənzimlənən yol ayrıcında hərəkətdə olan digər "Mercedes" markalı minik maşınına çırpılıb.

Qəza nəticəsində bir avtomobil yararsız hala düşüb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

BakuCity.az

Bakı yol qəzası Mercedes
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər