"Android" sistemlərində "WhatsApp" 1 fevral 2020-ci ildə dayandırılacaq
Dekabrın 31-dən etibarən "Whatsapp" messenceri milyonlarla insanın telefonunda çalışmayacaq.
BakuCity.az xəbər verir ki, bu barədə "WhatsApp" şirkətinin yaydığı məlumatda "Windows Mobile"a aid olan smartfonlarda mobil tətbiqin işləməyəcəyi bildirilir.
"iOS 7" və başqa aşağı versiya əməliyyat sistemlərində çalışan "iPhone" modelləri, "Android"də isə 2.3.7 versiyası və digər aşağı versiya əməliyyat sistemləri "WhatsApp"ı dəstəkləməyəcək. "Android" sistemlərində "WhatsApp" 1 fevral 2020-ci ildə dayandırılacaq.
"WhatsApp" rəsmiləri adıçəkilən əməliyyat sistemlərində vaxt itirməkdənsə daha müasir versiyalar üzərində işləməyi üstün tuturlar.
BakuCity.az