"Qış parkı"nda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır

"Qış parkı"nda iki nəfəri bıçaqlayan şəxsin məhkəməsi başlayır

Dava qız üstündə baş verib

Bakıda iki nəfərə qəsdən xəsarət yetirməkdə təqsirləndirilən Nurlan Abdullazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Ramella Allahverdiyevnın icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Hadisə 2019-cu ilin mart ayında Nəsimi rayonunda "Qış Parkı" kimi tanınan ərazidə baş verib.

Kütləvi davada 19 yaşlı Eyvazov Muradəli Sidqəli oğlu və 22 yaşlı Nəsirov Sübhan Sarıbala oğlu bıçaqlanıb.

İlkin məlumata görə, dava qız üstündə baş verib.

BakuCity.az

Bakı Məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər