Ötən il enerji sektorunda hansı hadisələrlə yadda qaldı?

2019-cu il də bir göz qırpımında geridə qaldı

2019-cu ili iqtisadiyyatımızın bütün sahələri kimi, neft-qaz, neft-kimya və ümumilikdə enerji sahəsində də çox uğurlu il kimi xatırlayacağıq.

BakuCity.az“Report”a istinadən xəbər verir ki, Azərbaycanda böyük şairimiz İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş və “Nəsimi ili” kimi qeyd edilən 2019-cu il enerji sektorunda bir çox layihələrin icrasının uğurla başa çatması ili kimi yadda qaldı.

Azərbaycan qazı Avropa yolunda 

2019-cu ilin ən mühüm hadisələrində biri Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının açılışının həyata keçirilməsidir. Belə ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın Faza-1 hissəsinin açılış mərasimi keçirilib. Bu məqamda qeyd edək ki, İpsala qəsəbəsi TANAP-ın MS4 ölçü stansiyasının yerləşdiyi və Avropaya Azərbaycan qazını nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilən ərazidir. 

Faza-1 adlandırılan hissənin, yəni Əskişəhərdən Avropaya qədər olan hissənin diametri 48 düym, uzunluğu 476 km təşkil edir. Faza-1-in tikintisinə 2016-cı il mayın 20-də başlanıb. Bu hissədə sınaq qazının vurulması işlərinə aprelin 15-də başlanılıb. İyunun 15-də “Şahdəniz” qazı Türkiyə-Yunanıstan sərhəddinə çatıb.

TANAP-ın ikinci hissəsinin də istismara verilməsi ilə Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Avropaya çatdırılmasına doğru bir addım da atılmış oldu. Artıq bu il 3 500 kilometrdən artıq uzunluğu olan Cənub Qaz Dəhlizi kimi nəhəng layihənin son komponenti olan TAP-ın da istismara verilməsi və Azərbaycan qazının Avropa istehlakçılarına çatdırılması nəzərdə tutulur.

Xatrıladaq ki, TANAP-la bağlı ilk addımlar hələ 2011-ci ilin sonlarında atılıb. 2011-ci il oktyabrın 25-də "Azərbaycan və Türkiyə arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn qazın Türkiyə ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Saziş imzalanıb. TANAP layihəsinin həyata keçirilməsi 2011-ci il noyabrın 17-də İstanbulda keçirilən III Qara dəniz enerji və iqtisadi forumunda elan olunub. 

Türkiyədəki ən uzun təbii qaz boru kəməri olan TANAP-ın təməli isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə 17 mart 2015-ci ildə Qarsın Səlim rayonunda qoyulub.

TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. 2018-ci il iyunun 30-dan TANAP vasitəsilə Türkiyə bazarına 3,5 mlrd. kubmetrdən çox Azərbaycan qazı nəql edilib. 2021-ci ildən isə Türkiyə üçün bu həcm 6 mlrd. kubmetrə çatdırılacaq. Kəmərin ötürücülük gücünün əlavə sərmayələrlə əvvəlcə 24 mlrd. kubmetrə, sonra isə 31 mlrd. kubmetrə çıxarılması planlaşdırılır. Bunun üçün isə əlavə kompressor stansiyaları inşa olunmalıdır.

Hazırda TANAP-ın dəyəri 6,5 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilir. Yekun investisiya qərarı qəbul ediləndə ümumi xərcləri 11,7 mlrd. dollar həcmində qiymətləndirilən layihənin tikinti mərhələsində maksimum səmərəlilik nəticəsində 5,2 mlrd. dollara qənaətə nail olunub. Hesablamalara görə, TANAP hər il 1,45 mlrd. dollar dəyərində gəlir gətirəcək. Bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

25 yaşlı AÇG

2019-cu il Azərbaycanın ən zəngin neft yatağı olan “Azəri-Çiraq-Günəşli” (AÇG) blokunun işlənilməsi üçün imzalanan "Əsrin müqaviləsi"nin 25 illiyinin qeyd edilməsi ilə də yaddaşlara həkk olundu. Bu, həm Azərbaycan hökuməti, həm də yataqlar blokununun operatoru olan BP və onun tərəfdaşları üçün çox mühüm bir hadisədir.

Burada da bir xatırlatma edək ki, 25 il öncə, yəni - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə bir qrup beynəlxalq neft şirkəti arasında “Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü” haqqında saziş imzalanıb. Bu saziş sonradan “Əsrin Müqaviləsi” kimi tanınıb. 2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadılıb.

Azərbaycanı yenidən dünyanın enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlayıb. 

Xəzərdə 6 milyard dollarlıq layihə

“Azəri-Çıraq-Günəşli” sazişinin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan milyard dollarlıq yeni layihəyə – “Mərkəzi-Şərqi-Azəri” (ACE) layihəsinə sanksiya verilib. Belə ki, AÇG-də inşa edilməsi planlaşdırılan “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. “Azəri-Çıraq-Günəşli”nin işlənməsi üzrə Rəhbər Komitə yatağın işlənməsinin növbəti mərhələsi olan yeni platformanın layihəsini təsdiqləyib.

Əslində, bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 000 işçinin cəlb olunacağı gözlənilir.

 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. Platformadan ilk neft hasilatı 2023-cü ildə gözlənilir. 

SOCAR-dan kənd təsərrüfatına dəstək

Geridə qoyduğumuz ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıtda inşa olunan Karbamid zavodu istifadəyə verildi. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin, təxminən, 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcək. Karbamid zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən ən böyük layihədir və onun ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir.

Karbamid azot tərkibli gübrədir və kənd təsərrüfatında lazımlı gübrə hesab edilir. Bu gübrənin Azərbaycanda istehsalı kənd təsərrüfatının inkişafına töhfə verəcək. 

Qeyri-neft sektorunun inkişafı

Bundan başqa, ötən ilin fevralında Sumqayıtda “SOCAR Polymer” layihəsinin ikinci zavodu - Yüksəksıxlıqlı Polietilen zavodunun açılışı da olub. Zavodda 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edilir. Zavodda istehsal olunan məhsulun bir hissəsi daxili tələbatı ödədikdən sonra böyük hissəsi, təxminən 70-75%-i ixrac  üçün nəzərdə tutulub. Zavod qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, yeni iş yerlərinin açılması, kiçik müəssisələrin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, 2019-cu ilin mühüm hadisələrini yada saldıq. 2020-ci ildə də sektorda əhəmiyyətli hadisələrin baş verməsi gözlənilir.

BakuCity.az

Bakı Neft sektoru
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib. BakuCity.az xəbxər verir ki, hadisə  Sabunçu rayonunda, dünən gecə saatlarında qeydə alınıb. Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən yaralılara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub, vəziyy...
Cəmiyyət
Rusiyadan Azərbaycana daha 175 nəfər azərbaycanlı gətirilib. Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Həmçinin oxu: Daha 175 azərbaycanlı Rusiyadan vətənə gəlir Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib. Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbayca...
Kriminal
Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub. Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik. BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib. Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli...
Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Rusiyadaki Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirilir. Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb. BakuCity.az xəbər verir ki, təyyarədə 175 nəfər var. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiya...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.  Artıq minlər...