Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi

 Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi

Təyyarə "Aeroflot" şirkətinə məxsusdur

Bakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07:40-da Volqoqrad hava limanına təcili eniş edib.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 54 yaşlı sərnişinin ürəyi gedib.

Ona hava limanında təcili tibbi yardım heyəti tərəfindən yardım göstərildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına çatıb. 

BakuCity.az

Bakı Təyyarə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər