Azərbaycan 2020-yə yeni uğurlara imza atmaq əzmi ilə qədəm qoyub - Ekspert

2019-cu il Azərbaycan üçün ən uğurlu illərdən biri kimi tarixə qovuşdu

Prezident İlham Əliyev böyük peşəkarlıqla öz doğma yurdunu xarici təhlükələrdən qorumaqla yanaşı, onu daha da inkişaf etdirdi, bütün sahələrdə irəliləyişlərə nail olundu. Ötən il dünyanın əksər ölkələrində siyasi kataklizmlər, kütləvi etirazlar, qarşıdurmalar azalmadı, əksinə daha da artdı desək, yanılmarıq. Belə bir mürəkkəb şəraitdə həssas bölgədə yerləşən Azərbaycanda İlham Əliyevin siyasi ustalığı sayəsində sabitlik qorundu və yeni uğurlara imza atıldı.

BakuCity.az xəbər verir ki, bunu Trend-ə sosial məsələlər üzrə ekspert Elman Babayev deyib. Onun sözlərinə görə, məhz sabitlik imkan verdi ki, cәmiyyәtin bütün gözlәntilәrini gerçәklәşdirən, hәr bir fәrdin marağına cavab verәn çevik vә qәtiyyәtli qәrarlar qәbul edilsin.

Ekspert vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə Azәrbaycanda möhkәm tәmәllәrә söykәnәn vә dinamik sosial-iqtisadi tәrәqqini tәmin edәn siyasi sabitlik, vәtәndaş sülhü, milli hәmrәylik qorunub saxlanıldı, ictimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatlar aparıldı, qeyri-neft sektorunun ümumi daxili mәhsuldakı çәkisi artdı, regionların proporsional inkişafı, yeni istehsal müәssisәlәrinin açılması davam etdi, işsizliyin artmaması, bu problemin aradan qaldılıması üçün əməli işlər görüldü, vәtәndaşların sosial müdafiәsinin gücləndirilməsi üçün indiyə qədər şahidi olmadığımız daha böyük maliyyə tutumu olan sosial paket icra olundu, Azәrbaycanı böyük nüfuz sahibinә, bölgədə lokomotiv dövlәtә çevirәn qlobal enerji vә kommunikasiya layihәlәri ardıcıl surәtdә hәyata keçirildi, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması istiqamətində yeni addımlar atıldı və s.

E.Babayevin sözlərinə görə, qeyd olunanlarla yanaşı, o da xüsusi vurğulanmalıdır ki, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi: “Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində açıqladığı faktlara diqqət edək - İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib, ölkəmiz Şuraya sədrlik etməyə başlayıb, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilib və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcək. Bakıda Dünya dini liderlərinin Zirvə görüşü baş tutub, 70 ölkədən gələn dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər. Bunlardan başqa, NATO və Rusiya silahlı qüvvələrinin baş komandanları il ərzində Azərbaycanda görüşüblər. Bütün bu sadalananlar Azərbaycana göstərilən ən böyük etimad, inamdır. Rəsmi Bakı ona nail olub ki, dünya birliyinin böyük əksəriyyəti, əsas güc sahibləri Azərbaycanı dəstəkləyir və ölkəmizə böyük hörmətlə yanaşır".

Ekspert əlavə edib ki, bu inam, etimad Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimizin daha da güclənməsində xüsusi rol oynayır: "Üstəlik, Azərbaycanın artan iqtisadi, hərbi, siyasi gücü, o cümlədən demoqrafik artım-kimi amillər mövqeyimizi gücləndirir. Beləliklə, Azərbaycan 2020-yə yeni islahatlara, uğurlara imza atmaq əzmi ilə qədəm qoyub. Heç kim şübhə etmir ki, ötən il ölkəmizdə həyata keçirilən siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar öz bəhrələrini verəcək və gücümüz daha da artacaq.

2020-ci ildə Azərbaycanı daha nələr gözləyir - sualına cavab axtarsaq, bura qeyd olunanlarla yanaşı, ölkəmizin iqtisadi gücünün daha da artacağını, sosial rifahın güclənəcəyini, maliyyə imkanlarımızın dayanıqlılığının təmin olunacağını, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında artımın daha böyük templərlə davam edəcəyini, şəffaflıq və vətəndaş məmnunluğuna gətirib çıxaran addımların intensivləşəciyini əlavə etmək olar. Hökm sürən siyasi sabitlik, iqtisadi inkişaf imkan verəcək ki, Azərbaycan dövlətinin gücü 2020-ci ildə daha da artsın, beynəlxalq aləmdəki nüfuzu yüksəlsin”.

Azərbaycan 2020
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa...
Cəmiyyət
Yol polisi əhaliyə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. BakuCity.az xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs...
Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...
Cəmiyyət
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. BakuCity.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi...