Bakıda hündür yaşayış binasında yanğın - FOTO + VİDEO

Bakıda hündür yaşayış binasında yanğın - FOTO + VİDEO

Yanğının yayılma təhlükəsi yoxdur

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yanğın İzzəddin Həsənoğlu küçəsi, 2B ünvanında, çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə qeydə alınıb.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 01:07 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Bakıda hündür yaşayış binasında yanğın - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda hündür yaşayış binasında yanğın - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda hündür yaşayış binasında yanğın - FOTO + VİDEO, fotoşəkil-3

BakuCity.az

Bakı yanğın bina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər