Sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı - FOTO

Sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı - FOTO

Quduzluq əleyhinə peyvənd olunublar

Qaxda sahibsiz it sakinlərə hücum edib.

BakuCity.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 6 nəfərə hücum edib.
Nəticədə Qax sakinləri - 1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha 2 nəfər xəsarət alıb. 

İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan 6 nəfər quduzluq əleyhinə peyvənd olunub. 

Məlumata görə, quduz olduğu ehtimal edilən it sakinlərə hücum etdikdən sonra naməlum istiqamətə gedib.

Sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı - FOTO, fotoşəkil-1 Sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı - FOTO, fotoşəkil-2 Sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı - FOTO, fotoşəkil-3 Sahibsiz it sakinlərə hücum etdi: 6 yaralı - FOTO, fotoşəkil-4
sahibsiz it dişləmə peyvənd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər