Yeni il ərəfəsində Azərbaycana daha çox hansı ölkələrdən turist gəlib?

Yeni il ərəfəsində Azərbaycana daha çox hansı ölkələrdən turist gəlib?

2019-cu ildə turist sayı 3 milyonu ötüb

Yeni il ərəfəsində Azərbaycana gələn turistlər arasında ərəblər üstünlük təşkil edib.

BakuCity.az-ın məlumatına görə, bu barədə  Azərbaycan Turizm Assosiasiyanın rəhbəri Nahid Bağırov “Report”a bildirib.

Onun sözlərinə görə, Yeni il ərəfəsində ərəb turistlərin ölkəyə daha çox gəlişi müşahidə edilib:

“Ümid edirəm ki, yaxın gələcəkdə digər ölkələrdən də turistlərin Azərbaycana gəlişində artım görəcəyik. Bununla yanaşı, 2020-ci il üçün Azərbaycanın turizm bazarında əsas prioritet Asiya və Avropa ölkələri təşkil edəcək”. 

N.Bağırov vurğulayıb ki,2019-cu ildə turist sayı 3 milyonu ötüb. Nəticədə 2018-ci illə müqayisədə 11,1 faiz artım baş verib.

Qeyd edək ki, ilk "beşlik"də ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Avropa, Mərkəzi və Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarındakı müəyyən ölkələrdən azalma var.

BakuCity.az

Bakı Yeni il turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər