Maşınlara ciddi ziyan dəyib
Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib.
BakuCity.az APA-ya istinadən xəbər verir ki, Nurlan Əliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Ceyhun İzbatovun idarə etdiyi "Daewoo" markalı avtomobil toqquşub.
İlkin məlumata görə, N.Əliyev avtomaşınla hərəkətdə olan zaman əsas yoldan köməkçi yola çıxmaq istəyərkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi “Daewoo” ilə toqquşub.
Hadisə nəticəsində yaralanan olmasa da, maşınlara ciddi ziyan dəyib.
Yolda sıxlıq yaranıb. Qəza yerinə YPX əməkdaşları cəlb olunub, araşdırma aparılır.
BakuCity.az