Təyyarə uğurlu eniş edib
Həştərxan hava limanında güclü dumanla əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakı aeroportuna qayıtmaq qərarı verib.
Bu barədə BakuCity.az-a “Buta Airways”dən məlumat verilib.
Təyyarə yerli vaxtla saat 10:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurlu eniş edib.
Hava şəraiti yaxşılaşandan sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
BakuCity.az