Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
Bakıda ölümə səbəb olan qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Ziya Orucovun ölümü və H.Ağayevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Dadaşov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
BakuCity.az