"Unibank" kartlarından külli miqdarda vəsait silindi - BANKDAN AÇIQLAMA

"Unibank" kartlarından külli miqdarda vəsait silindi - BANKDAN AÇIQLAMA

Bu, bir prosessinq səhvi idi

“Unibank” müştərilərin hesablarından külli miqdarda vəsaitin silinməsi məsələsinə münasibət bildirib.

Bankdan BakuCity.az-a verilən məlumata görə, bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub:

“Sistemdə texniki yenilənmələr gedib. Bəzi "Unibank" kartlarının balansında yaranan dəyişikliklər artıq həllini tapıb. Kartların balansı bərpa olunub”.

Bankdakı mənbə isə bildirib ki, bu, bir prosessinq səhvi idi, yəni əslində balansda heç bir dəyişiklik baş verməmişdi.

Qeyd edək ki, bu vəziyyət müştərilər arasında böyük narahatlığa səbəb olub. 

BakuCity.az

Unibank kartlar hesab
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər