Bakıda ağır qəza: Sürücü bu avtomobildən sağ çıxdı - FOTO + VİDEO

Bakıda ağır qəza: Sürücü bu avtomobildən sağ çıxdı - FOTO + VİDEO

Yol kənarında dayanmış yük maşınına çırpılıb

Bakının Qaradağ rayonunda minik avtomobili idarəetmədən çıxaraq yük maşını ilə toqquşub.

BakuCity.az-a istinadən xəbər verir ki, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.

Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili açıqlamasında bildirib ki, "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarəetmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb.

Həmçinin oxu: Bakıda qəza: “Volskwagen” əks yola çıxdı, “Toyoto” istinad divarını dağıtdı - FOTO + VİDEO

Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük maşınına çırpılıb.

Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir. "AzSamand" markalı avtomobil isə yararsız vəziyyətə düşüb.

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bakıda ağır qəza: Sürücü bu avtomobildən sağ çıxdı - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda ağır qəza: Sürücü bu avtomobildən sağ çıxdı - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda ağır qəza: Sürücü bu avtomobildən sağ çıxdı - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda ağır qəza: Sürücü bu avtomobildən sağ çıxdı - FOTO + VİDEO, fotoşəkil-4

BakuCity.az

Bakı yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər