Tovuzda 10 yaşlı Nərminin dəhşətli ölümü ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

Tovuzda 10 yaşlı Nərminin dəhşətli ölümü ilə bağlı TƏFƏRRÜATLAR - VİDEO

İlkin versiyaya görə, qatil qurbanı alçaldıb

Tovuz rayonunun Dondar Quşçu kəndində 21 noyabr tarixində itkin düşmüş 10 yaşlı Nərmin Quliyeva ilə bağlı yeni detallar məlum olub.

BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bazar ertəsi axşamı qızın cansız bədəni yaşadığı evin qarşısına atılıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, cinayətkarlar 10 yaşlı qızı yandırıblar.

Alovu qonşular görüblər. Onlar dərhal yanğını söndürüb və Nərmini tanıyıblar. Bu barədə onun valideynlərinə və polisə məlumat veriblər.

Hələlik qətllə bağlı heç kim saxlanılmayıb. İlkin olaraq cinayət əməlində qızın bəzi qohumlarından şübhələniblər.

Qızın meyitinin qalıqları tibbi ekspertiza üçün xəstəxanaya göndərilib. 

İlkin versiyaya görə, qatil qurbanı alçaldıb.

Bundan öncə güman edilirdi ki, qız yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Baş prokurorluqdan BakuCity.az-a verilən məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli əməkdaşları Tovuz rayonuna ezam olunublar.

Hazırda iş üzrə cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər