Həyatınızı riskə atmayın
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
BakuCity.az-ın məlumatına görə, İdarənin müraciətində bildirilir ki, piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunan keçidlərdən istifadə etməlidirlər:
"Günün qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etmək tövsiyə olunur.
Piyadalar ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacaqlarda olarkən yolun hərəkət hissəsinə çıxmaqla həm avtomobillərin normal hərəkəti üçün maneə yaradır, həm də öz həyatlarını riskə atırlar.
Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmalı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı xahiş edirik".