Bakı məktəblərində 23 psixoloq işə qəbul olunub

Bakı məktəblərində 23 psixoloq işə qəbul olunub

29 direktor müavini təyin olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkil etdiyi müsabiqələr vasitəsilə 2019-cu ildə 282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

Bu barədə BakuCity.az-a İdarədən məlumat verilib.

Qeyd olunub ki, onlardan 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər çağırışaqədərki hazırlıq rəhbəri, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub.

Bakı məktəblərində 23 psixoloq işə qəbul olunub, fotoşəkil-1

BakuCity.az

Bakı məktəb psixoloq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər