Prezident Administrasiyasının yeni rəhbərindən 20 Yanvarla bağlı sərəncam

Azərbaycanın dövlət bayraqları endiriləcək

Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı ilə "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı" təsdiq edilib.

BakuCity.az xəbər verir ki, sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar tarixinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması planlaşdırılır.

Həmçinin dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması, nəşri və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər planına əsasən, respublikanın bütün təhsil müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar göstəriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycanın dövlət bayraqlarının endirilməsi və digər tədbirlər planlaşdırılır.

BakuCity.az

Prezident Administrasiyası 20 Yanvar sərəncam
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda koronovirus nfeksiyasının yayılması nəzərət altına alınıb.  Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən...
Hakimiyyət
Baş Nazir Əli Əsədov karantin rejimi ilə bağlı qərar verib. Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib. BakuCity.az-ın verdiyi xəbərə görə, qərarda deyilir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yo...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb. BakuCity.az xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir. Vətəndaşlar qida məshullarının ticarəti,...
Cəmiyyət
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...
Ekologiya
30 mayda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 24-27, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti ola...
Cəmiyyət
İcra başçısının kartof yığması müzakirələrə səbəb olub. Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov Təzə Alvadı kəndində tarlalarda kartof və çiyələk yığan əməkçilərlə görüşüb. BakuCity.az xəbər verir ki, kənddə yerləşən bir çox tarlalara baş çəkən Ş.Məmmədov məhsul yığan  əməkçilərlə görüşüb və onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib. İcra başçısının kartof yığması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Başçının bu a...
Hadisələr
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az