Mağaza bazarda yerləşir
Bakı ölümə səbəb olan içkini satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.
Həmçinin oxu: Bakıda içkidən zəhərlənib ölən polis zabitinin görüntüsü yayıldı - VİDEO
Xətai RPİ 34-cü Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.
BakuCity.az