Tovuzda 10 yaşlı Nərminin qətli ilə bağı MÜƏMMALI MƏQAMLAR

Tovuzda 10 yaşlı Nərminin qətli ilə bağı MÜƏMMALI MƏQAMLAR

Valideynləri şübhəli dərəcədə sakitlik nümayiş etdirib

“Noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının qatili qohumlarından biri ola bilər. Hazırda istintaq bunu ən çox ehtimal olunan versiya kimi irəli sürür”.

BakuCity.az-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə Oxu.az-a bildirib.

Qız əmisi Lətif Quliyevin həyətindən yoxa çıxıb. Nərminin həyətə necə girdiyini görən şahidlər tapılsa da, heç kim qızın oradan necə çıxdığını görməyib.

Xatırladaq ki, qızın yanmış cəsədi yanvarın 6-sı saat 21 radələrində tapılıb. Polisin məlumatına görə, cəsəd Nərminin yaşadığı evdən 300 metr məsafədə aşkarlanıb.

Həmçinin oxu: 10 yaşlı qızın yanmış meyiti atıldığı ərazidən götürüldü - FOTO

Çərşənbə axşamı səhər saatlarında Baş Prokurorluğun əməkdaşlarından ibarət ekspert qrupu Bakıdan gələn zaman hüquq-mühafizə orqanları cəsədin qalıqlarını ekspertiza üçün onlara təhvil veriblər.

İlkin məlumatlara görə, faktla bağlı hələlik yalnız qızın cəsədinin alova büründüyünü ilk görən şəxs - qonşusu (istintaq maraqları naminə adı açıqlanmır) saxlanılıb. Cinayətin təfərrüatlarının müəyyən edilməsi üçün hazırda saxlanılan şəxs dindirilir.

Əslində istintaq-əməliyyat qrupunun üzvləri cinayətdə qurbanın yaxınlarından şübhələnirlər. Hazırda bütün şübhəlilər dindirilir, lakin hələlik konkret şəxsə işarə edən sübutlar yoxdur.

Versiyalardan birinə görə, cəsədin yandırılma yeri (evin yaxınlığında) təsadüfən seçilməyib.

“Bu yolla cinayətkar şübhələri öz üzərindən atmaq və məntiqi izahla əməliyyatçıları yanıltmaq istəyir: “Əgər bu, mən olsaydım, cəsədi öz evimin yanında yandırardımmı?” Quliyevin bütün qardaşları Lətif, Arif və Şərif bir-birilərinə çox yaxın yaşayırlar. İşlər davam etdirilir və tezliklə qatilin kimliyi müəyyənləşdiriləcək”, - mənbə bildirib.

Maraqlıdır ki, Nərminin yoxa çıxmasından ən çox onun nənəsi narahat olub. Uşağın valideynləri şübhəli dərəcədə sakitlik nümayiş etdirib. Baxmayaraq ki, öldürülən uşağın anası da qızının qaynının həyətindən yoxa çıxdığını təsdiqləyir.

İstintaq davam edir. 

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər