Gözətçini döydü, marketdən 7500 manat oğurladı

Gözətçini döydü, marketdən 7500 manat oğurladı

Gecə marketə basqın

Quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən BakuCity.az-a bildirilib ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 6-sı saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürərək hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.

BakuCity.az

Hövsan market oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər