Şəxsi obyektlərin qarşısında parklama qadağası: Sürücülər nə etsin? - ARAŞDIRMA

Cavabınız mənfidirsə, sizdən bu parklama yerini boşaltmağınız xahiş olunur

Bu gün qadağan işarəsi altında avtomobili saxlamaq ən çox yayılan qanun pozuntularından biridir, qeyri-qanuni yerdə parklamaya görə cərimə mövzusu isə hər zamankından daha aktualdır. Bakı Nəqliyyat Agentliyi (BNA) bu məsələni diqqətlə izləyir və yol qaydalarının bu formada pozulmasına operativ şəkildə reaksiya göstərir. Bir çox hallarda iş cərimə yazılması ilə bitmir, hətta avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə nəticələnir.

Parklamanı qadağan edən işarələr altında nəqliyyat vasitəsini saxlamaq birmənalı şəkildə olmaz və heç kim bununla mübahisə etmir. Bəs parklama yerinin qanuni olduğu halda bu ərazinin yaxınlığında yerləşən obyektin sahibi onu "özəlləşdirib”sə, nə etmək lazımdır?

Son vaxtlar tez-tez müşahidə olunur: avtomobili park edərkən yaxınlıqdakı obyektdən mühafizəçi çıxaraq “Bizim mağazamıza, gözəllik salonumuza, restoranımıza gəlmisiniz” sualı ilə müraciət edir. Cavabınız mənfidirsə, sizdən bu parklama yerini boşaltmağınız xahiş olunur, oranın guya obyektə məxsus olduğu bildirilir və imtina edəcəyiniz təqdirdə evakuator çağırılacağı, qayıdacağınız ana qədər avtomobilin artıq olmayacağı ilə bağlı təhdidlər başlayır.

BakuCity.az xəbər verir ki, bu cür halların nə qədər qanuni olduğunu və belə hallarda kimə müraciət edilməli olduğunu müəyyənləşdirmək üçün “Report” müvafiq strukturlarla əlaqə saxlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov ötən ilin aprel ayından bəri avtomobillərin parklanması ilə ilə bağlı bütün məsələlərin BNA-nın öhdəliyinə verildiyini vurğulayaraq bildirib ki, şəxsi obyektin sahibi kiməsə avtomobilinin obyekti qarşısında park etməyi qadağan etmək və ya ərazinin rəsmi ona aid olmadığı təqdirdə parklama üçün ödəniş etməyinizi tələb etmək hüququna malik deyil.

Öz növbəsində, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şəxsi obyektlər tərəfindən dayanacaq yerlərinin “özəlləşdirilməsi” qanunsuzdur:

"Əgər bu ərazi parklanma üçün nəzərdə tutulubsa, o zaman şəxsi obyektin hansısa nümayəndəsinin avtomobilinizi orada saxlamağınıza qadağa qoymaq hüququ yoxdur. Yəni heç kimdən icazə istəmədən avtomobilinizi rahat şəkildə park edə bilərsiniz”.

Şəxsi obyektin nümayəndəsinin avtomobil sahibinin yoxluğunda evakuator çağıraraq avtomobili cərimə meydançasına göndərməsinin mümkün olub-olmaması barədə suala cavabında M.Ağayev qeyd edib ki, evakuator yalnız qanunsuz yerdə saxlama olduğu halda maşını cərimə meydançasına apara bilər:

“Ancaq bu ərazidə parklanmaya icazə verilirsə və bu, yalnız obyekt sahibinin şıltaqlığıdırsa, heç kim avtomobilinizə toxunmayacaq”.

Öz növbəsində, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü avtomobilini parklanmaya icazə verilən ərazidə düzgün park edibsə, kimin şəkil çəkib evakuator çağırmasından asılı olmayaraq, bu sürücüyə heç bir inzibati cərimə tətbiq edilməyəcək:

“Təəssüf ki, obyekt nümayəndələrinin bu cür davranışı şəxsi maraqları ilə əlaqədardır, lakin icazə verilən ərazidə düzgün park edilmiş avtomobil sürücülərinin çəkinəcəyi bir şey yoxdur”.

“Belə hallarla qarşılaşdıqda hara şikayət etmək lazımdır” sualına isə vəkil Səməd Vəkilov cavab verib:

"Obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir: “Əgər obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşın hüquqlarını pozaraq ərazini qanunsuz zəbt edir. Belə hallarla qarşılaşdıqda polisə, Bakı Nəqliyyat Agentliyinə, eləcə də icra hakimiyyəti orqanlarına müraciət edə bilərsiniz”.

BakuCity.az

Bakı parklama sürücülər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Ürək çatışmazlığından ölüb “Tövbə” Cəmiyyətinin sədri, İmam Hüseyn məscidinin axundu Hacı Əbdül dünyasını dəyişib. BakuCity.az-ın məlumatına görə, Hacı Əbdül ürək çatışmazlığından vəfat edib. Mərhum bu gün "Qurd Qapısı" qəbiristanlığında dəfn ediləcək Hacı Əbdül 1940-cı ildə anadan olub. BakuCity.az
Hadisələr
65 yaşı vardı Ötən gün Bakıda yaşayış binasında yanğın zamanı qadının 4-cü mərtəbədən yıxılmasının görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı təşvişə düşən 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla aşağı enərkən yerə yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. BakuCi...
Cəmiyyət
TƏBİB COVID-19 infeksiyasına görə könüllü səhiyyə işçisi axtarır TƏBİB Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir. BakuCity.az xəbər verir ki, koronavirus xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işç...
İdman
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsindən BakuCity.az-a verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub. Anlaşmaya əsasən,...
Cəmiyyət
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib. BakuCity.az
Cəmiyyət
"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq". BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilə...
Kriminal
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Saxl...
Cəmiyyət
Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən...
Ekologiya
Səhər duman olacaq Bazar günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata göər, aprelin 5-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, g...