Yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin anası: “Havalanmışam” - VİDEO

Yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin anası: “Havalanmışam” - VİDEO

"Əmisigildən qayıtdıqdan sonra isə Nərmin itkin düşüb"

Anası və nənəsi Tovuzda yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın itkin düşməzdən qabaq sonuncu dəfə evdən çıxmasından danışıblar.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, Nərminin nənəsi Minayə İsmayılova bildirib ki, dərsdən qayıdıb evlərinə gəldikdən sonra atası onu əmisigilə göndərib. Əmisigildən qayıtdıqdan sonra isə Nərmin itkin düşüb.

Həmçinin oxu: Tovuzda 10 yaşlı Nərminin qətli ilə bağı MÜƏMMALI MƏQAMLAR

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin üzərində yanıq xəsarətləri olub.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər