Təyyarə uçuşdan az sonra yerə düşüb
Tehranın İmam Xomeyni beynəlxalq hava limanında Ukrayna aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb.
BakuCity.az İran KİV-lərinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 180 sərnişin olub. Sərnişinlərin hamısı ölüb.
Təyyarə uçuşdan az sonra yerə düşüb və partlayış qeydə alınıb.
Hava limanından məlumatı təsdiqləyiblər.
Qəzanın texniki səbəblərdən baş verdiyi deyilir.