25-30%-lik artım və azalmalar artıq baş vermir
2019-cu ili daşınmaz əmlak bazarı üçün uğurlu il hesab etmək olar. Ümumən bazar üçün uğurlu il olub.
BakuCity.az-ın FED.az-a istinadən verdiyi məlumata görə, bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib.
O qeyd edib ki, daşınmaz əmlak və qeydiyyat sistemi ilə bağlı qəbul olunan qərarlar 2019-cu il üçün vacib olub.
Ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarının qiymət dinamikası baxımından bir o qədər uğur il olmayıb:
“Qiymətlər nisbi artdı. Təkrar mənzil bazarında illik qiymət 9% artdı. İlkin mənzil bazarında və torpaq bazarında ilin son rübündə baş verən proseslər hər iki seqmentə ciddi təsir göstərdi və ilkin mənzil bazarı 5%, torpaq bazarında isə 11%-dən bir qədər çox artım oldu. Qeyri-yaşayış sahələrində yəni obyektlərin qiymətlərində 7%-dən bir qədər çox artım olub. Son 3 ilin tendensiyası göstərir ki, artıq Azərbaycanın ümumi daşınmaz əmlak bazarı ümumi iqtisadiyyata adekvat olaraq daha çox bir rəqəmli artımlarla artır. Əvvəlki illərdə olduğu kimi 25-30%-lik artım və azalmalar artıq baş vermir”.
BakuCity.az