"Onlar olmasaydı, uşağın cəsədi tamamilə yanardı"
"Qızımın cəsədini görən şəxslər polisə aparılıb və onlardan izahat alınıb".
BakuCity.az-ın məlumatına görə, bunu yandırılmış vəziyyətdə cəsədi tapılan 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev Baku.ws-ə bildirib.
"Saxlanlan şəxslər qızımın yanan cəsədini söndürən adamlardır. Onlar olmasaydı, uşağın cəsədi tamamilə yanardı. Birinin artıq izahatı alınıb, sərbəst buraxılıb. Digəri də böyük ehtimalla sərbəst buraxılacaq.
Həmçinin oxu: Yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin anası: “Havalanmışam” - VİDEO
Onların heç bir günahı yoxdur. Onlar sadəcə cəsədi ilk görənlərdəndir. Yəqin ki, polis də bu səbəbdən onlardan izahat alıb", - deyə Ş.Quliyev bildirib.
Qeyd edək ki, N.Quliyeva bu gün saat 12:00-da Tovuz rayon Dondar Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.
BakuCity.az