Sürücülər 2-3 dayanacaq saxlamadan gedirlər
Bakıda sərnişinlər 202 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslardan narazıdırlar.
BakuCity.az-ın məlumatına görə, sosial şəbəkə istifadəçilərindən biri yazıb ki, avtobuslar kart sisteminə keçəndən bəri narazılıqların sayı daha da artıb. Belə ki, axşam pik saatlarında sürücülər 2-3 dayanacaq saxlamadan gedir, avtobusların sayı artırılmır:
“Eləcə də səhər pik saatlarında avtobuslar çox gec, gələndə də 2-3-ü birdən gəlir. Lakin kart sisteminə keçməmişdən öncə çox rahat idi, çox qısa intervalla avtobusa minə bilirdik. ...Bu avtobusların intervalını anlamaq çox çətindir. Videoda görünən 3 avtobusu yarım saat gözləmişik”.
BakuCity.az