Pensiya almaq istəyənlərin nəzərinə: Yaş həddində DƏYİŞİKLİK

Həmin müavinət onların müraciətinə ehtiyac olmadan elektron qaydada təyin olunur

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi yeni qanunlar əhalinin sosial müdafiəsinin  gücləndirilməsinə xidmət etməklə, eyni zamanda, sosial təminat sisteminin təkmilləşdirilməsində növbəti addımdır. Bu qanunlarla yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə hüquq yaranan yaş hədləri eyniləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, əgər bu ilin əvvəlinədək qadınlar (yaşa görə pensiya hüququ olmadıqda) yaşa görə müavinət hüququnü 62 yaşda, kişilər (yaşa görə pensiya hüququ olmadıqda) isə 67 yaşda  qazanırdısa, bu ilin əvvəlindən bu yaş həddi pensiya hüququ yaranan yaş həddi ilə eyniləşdirilir.  

Beləliklə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minən yeni qanunla hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və yaş həddi 64 il 6 ay olan kişilər (yaşa görə pensiya hüquqları olmadıqda), bu ayın 1-dən yaşa görə müavinət hüququ qazanıblar. 

Yaşa görə müavinətin təyinatı ötən il elektronlaşdırılıb və həmin şəxslərə bu müavinət elektron qaydada təyin olunur. Onlara yaşa görə müavinət təyin edilməsi üçün hər hansı quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac yoxdur. Vətəndaşa elektron təyinat və müavinətin hansı bankdan alınması barədə bildiriş SMS vasitəsilə göndəriləcək. SMS göndərilməsi üçün adına nömrə yoxdursa, vətəndaş məlumatı nazirliyin 142-Çağrı Mərkəzindən və ya nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən əldə edir. Bundan sonra yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan kartı alır.

Bununla yanaşı, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Misal üçün, beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş  qadının yaşı hazırda 56 yaş yarımdırsa və pensiya hüququ yoxdursa, o zaman ona yaşa görə müavinət təyin edilir. Uşaqların sayı 6 olduqda bu yaş göstəricisi 55 yaş yarım, 7 olduqda 54 yaş yarım və s. yaş həddinə enir.  Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların da yaşa görə müavinət hüququ qazanmaq üçün yaş həddi 5 il azaldılır. 

Eləcə də ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranıb.

BakuCity.az

pensiya yaş həddi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
65 yaşı vardı Ötən gün Bakıda yaşayış binasında yanğın zamanı qadının 4-cü mərtəbədən yıxılmasının görüntüləri yayılıb. BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı təşvişə düşən 1955-ci il təvəllüdlü Leyla Manafova nərdivanla aşağı enərkən yerə yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. BakuCi...
Cəmiyyət
TƏBİB COVID-19 infeksiyasına görə könüllü səhiyyə işçisi axtarır TƏBİB Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir. BakuCity.az xəbər verir ki, koronavirus xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işç...
İdman
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsindən BakuCity.az-a verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub. Anlaşmaya əsasən,...
Cəmiyyət
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib. BakuCity.az
Cəmiyyət
"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq". BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilə...
Kriminal
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Saxl...
Cəmiyyət
Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən...
Ekologiya
Səhər duman olacaq Bazar günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata göər, aprelin 5-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, g...
Cəmiyyət
Buna görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib: - Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi? - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə a...