Hadisə Musiqili Teatrda baş verib
Xalq artisti Afaq Bəşirqızı xəsarət alıb.
BakuCity.az Axşam.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Dövlət Akademik Musiqili Teatrında baş verib.
Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.
Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.
BakuCity.az