Anar Quliyev Komitənin sədri vəzifəsinə təyin olunub
Prezident İlham Əliyev Anar Adil oğlu Quliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
BakuCity.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə A.Quliyev Komitənin sədri vəzifəsinə təyin olunub.
Həmçinin oxu: Prezident İlham Əliyevdən yeni TƏYİNAT
Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əvvəlki sədri Samir Nuriyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
BakuCity.az