Hazırda sürüşmə sahəsində aktivlik var
Bu gün səhər saatlarında Badamdarda sürüşmə zonasının baş verdiyi ərazidə yaşayış evləri yoxdur.
BakuCity.az-ın məlumatına görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
O deyib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur:
Həmçinin oxu: Badamdarda yenə sürüşmə: yol bağlandı - FOTO
“Eni 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.
Tərəfimizdən ərazidə monitorinqlər aparılır. Yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir".
BakuCity.az