Yol polisi sürüşməyə görə sürücülərə müraciət etdi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən BakuCity.az-a daxil olan müraciətdə bildirilir:
"Sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər".
Həmçinin oxu: Badamdarda sürüşmə zonasında yaşayış evləri yoxdur, aktivlik davam edir
Qeyd edək ki, Səbail rayonu Badamdar qəsəbəsi, Badamdar şosesində yenidən sürüşmə qeydə alınıb. Sürüşmə 30 metr ərazini əhatə edib. Nəticədə yol bağlanıb.
BakuCity.az