Hava limanına gedən avtobusların dayanacaqlarının sayı artırıldı

Hava limanına gedən avtobusların dayanacaqlarının sayı artırıldı

Çoxsaylı müraciətlər nəzərə alındı

H1 Hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinini sayı artırılıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, H1 ekspress marşrut xətti üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda dayanması təşkil edilib.

Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.

BakuCity.az

Bakı hava limanı avtobus dayanacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər