18 yaşlı qız itkin düşdü - FOTO

18 yaşlı qız itkin düşdü - FOTO

Boyu 167 santimetr, arıq bədən quruluşludur

Şəmkirdə 18 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Şəmkir rayon sakini Xəyalə Həsənova dekabrın 6-da Şəmkir rayonu, Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

X.Həsənovanın əlamətləri belədir: boyu 167 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi. Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

18 yaşlı qız itkin düşdü - FOTO, fotoşəkil-1 18 yaşlı qız itkin düşdü - FOTO, fotoşəkil-2 18 yaşlı qız itkin düşdü - FOTO, fotoşəkil-3

BakuCity.az

itkin qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər