Bakıda narkotacirin silsilə oğurluğu kameralara düşdü - FOTO

Cinayət işi açıldı

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi  ilə məşğul olan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə,  bölməyə Binəqədi qəsəbəsində bir nəfərin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən  tədbir zamanı həmin şəxs, qəsəbə sakini əvvəllər məhkum olunmuş Hüseyn Bilalov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,358 qram, yaşadığı evin həyətində yarımtikilidə gizlətdiyi yerdən isə əlavə olaraq 1 kiloqram 510 qram  narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

H.Bilalovun 43–cü Polis Bölməsində ərtafına əlavə əməliyyat tədbirləri keçirilən zaman onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı onun Binəqədi rayonu ərazisində 1 evdən və 7 maketdən pul, tütün məmulatları, kombi aparatı, mobil telefonlar oğurladığı da məlum olub. Qeyd edək ki, H.Bilalovun marketlərdən oğurluq etməsi həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Bilalov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı narkotacir oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Bakı şəhərinin Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Qasımova Nuranə işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Kriminal
Abşeronda qanunsuz it döyüşlərini təşkil edən şəxslər həbs olunub.  İt döyüşlərini əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən edilərək saxlanılıb. BakuCity.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyevdən narkotik vasitə...
Cəmiyyət
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxub. Azərbaycanda 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə...
Ekologiya
Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbərdarlıq yayıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 30-u gündüzdən 31-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, 30-da yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcək. Mayın 30-31-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi...
İdman
“Formula-1” üzrə dünya çempionatı Qran-Prilərinin yeni təqvimi açıqlanıb. BakuCity.az xəbər verir ki, koronavirus pandemiyası səbəbindən dayandırılan və ləğv edilən yarışın iyulun əvvəllərində startı planlaşdırılır. İlk olaraq iyulun 5-də və 12-də Avstriya Qran-Prisi keçirilməlidir. Yarışın Azərbaycan mərhələsi sentyabrın 20-də baş tutacaq. Əvvəlcə həmin tarixdə Bakıda yalnız “Formula-2”nin keçiriləcəyi dəqiqləşmişdisə, təşkilatçılar artıq “Formula-1”in də...
Cəmiyyət
Azərbaycanda koronavirusun ikinci dalğasının başlayıb başlamamsı ilə bağlı fikirlər söylənib. "Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik. Bunun ikinci və ya üçüncü dalğasının olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir". BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı...
Cəmiyyət
BNA sərnişinlərə xəbərdarlıq edib.  Bakıda ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən şəxslər avtobusa buraxılmayacaq. BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. (Atv Xəbər) BakuCity.az
Hadisələr
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  BakuCity.az xəbər verir ki, hadisə rayonun Əhmədli qəsəbəsində qeydə alınıb. Qəza ilə bağlı görüntülər sosial şəbəkədə paylaşılıb. Videogörüntülərdə mikroavtobus ilə 44 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun toqquşduğu müşahidə olunur.  Hadisə nəticəsində ölən və yaralananlar var.  TƏBİB-dən yol-nəqliyyat hadisəsi ilə bağlı verilən ilkin məlumata görə, hadisə nəticəsində 62 yaşlı bir nəf...
Ekologiya
Bakı və Abşeronda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.  Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütu...