Bakıda 42 milyon dollara iki tələbə yataqxanası tikiləcək

Bakıda 42 milyon dollara iki tələbə yataqxanası tikiləcək

Hər iki layihə iki il yarıma reallaşdırılacaq

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda iki tələbə yataqxanasının tikintisi üçün biznes planlar hazırlayıb. Layihələrin ümumi dəyəri 42 milyon dollar təşkil edir.

BakuCity.az “İnterfaks”a istinadən xəbər verir ki, layihələrdən biri Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tikintisi və müvafiq xidmətlərin göstərilməsini nəzərdə tutur. Bu layihə 32 milyon dollar həcmində qiymətləndirilir.

Eyni zamanda, KOBİA “Tik - İstismar et - Təhvil ver” maliyyələşdirmə sxeminin tətbiqi ilə investor cəlb etməyi ümid edir.

İkinci layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün yataqxananın tikintisini nəzərdə tutur. Layihə 10 milyon dollar həcmində qiymətləndirilir. Bu işlərin maliyyələşdirilməsi də “Tik - İstismar et - Təhvil ver” sxeminin tətbiqi ilə nəzərdə tutulur.

Agentliyin qiymətləndirmələrinə əssaən, hər iki layihənin reallaşdırılma müddəti 2.5 il, xərcin çıxarılması müddəti isə 10 il təşkil edir.

BakuCity.az

Bakı tələbə yataqxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər